This is an automated archive.
The original was posted on /r/azerbaijan by /u/azzerxan on 2023-08-22 18:27:54+00:00.
Azərbaycan dili artıq az qala 70 ildir ki, ölkəmizdə rəsmi kimi qəbul olunub. Buna baxmayaraq, xalq hələ də səhvsiz cümlə qurammır, sanki onu ikinci dil kimi öyrənib. Adi adam dilimizin əlifbasını əzbər bilmir, şəkilçilərin düzgün yazılması ilə çətinlik çəkir; hələ vergülləri və başqa durğu işarələri demirəm. Məktəbi Azərbaycanda bitirməmişəm və bunların hamısını, demək olar ki, yenicə öyrənmişəm, ona görə belə şeylərə fikir verməyə çalışıram və onlar təzə gözümə sataşır (özüm səhvlərlə yazıramsa, üzr istəyirəm, istehzalı çıxar amma lmao)
Birinci dedim bu internet subkulturunun xüsusiyyətidir (yəni kim necə istəyir, elə də yazır), amma digər mənbələri oxusaq, oxşar problemlərə rast gəlirik. Hüquqi sənədləri, istər prezident fərmanları da oxuyanda, elə təəsürat yaradılır ki, kimsə onları google translate-nən ruscadan tərcümə etmişdir.
Vəziyyətimiz niyə belə gündədir? Keçən yüzilliyində əlifbalarımızı tez-tez dəyişdiklərimizə görə? Təhsil keyfiyyətinə görə? Xalqımızın “cahilliyinə” görə? Yoxsa digər səbəblərlə bağlıdır?
Problem əslində səhv buraxmaqda da deyil, dilə etinasızlıqla yanaşmaqdadır. Gərək dilimizə hörmət edək.